Vladimir Putinin Donald Trampın 2025-ci ilin yanvarında baş tutacaq andiçmə mərasimindən əvvəl danışacağı istisna deyil.
“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Xatırladaq ki, Tramp ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlib. Kreml elan edib ki, Trampın Putinlə görüşü üçün hələlik heç bir razılaşma yoxdur.