Qarabağ şəhidlərinin əziz xatirəsinə ithaf olunmuş Azərbaycan Televiziyasının “Xüsusi layihələr” studiyası tərəfindən hazırlanan “Atamın kölgəsində” qısametrajlı bədii filminin Nizami Kino Mərkəzində təqdimatı keçirilib.
“İki sahil” xəbər verir ki, təqdimatda sənət adamları, ictimai nümayəndələr, şəhid ailələri iştirak edib.
Böyük bir heyətin yer aldığı “Atamın kölgəsində” filminin yaradıcı heyəti səhnəyə çıxaraq filmin şəhid ailələrinə və onların övladlarına ithaf olunduğunu qeyd edib. 44 günlük savaşda canlarından keçən şəhidlərimiz və onların ailələrində yaşanan bu kədərli hadisənin bir hissəsini ekranlara daşımanın məsuliyyətindən danışıblar.
Film 44 günlük Vətən Müharibəsində atasını itirən bir oğlanın həyatından bəhs edir. Şəhid ailələrində yaşanan ağrılar, acıların bir qismi filmdə öz əksini tapıb.
Filmin layihə rəhbəri Həmid Həsənzadədir. Nümayiş böyük rəğbətlə qarşılanıb.
105 il əvvəl nəşr olunmuş qəzetin günümüzə çatan yeganə nömrəsi TAPILDI - Bir neçə kəlmə "Əxbari" haqqında
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib