8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda Dənizkənarı Milli Parkda Azərbaycanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə təntənəli bayram konserti keçirilir.
“İki sahil” xəbər verir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində qazandığı parlaq Qələbənin dördüncü ildönümü ölkəmizin hər yerində olduğu kimi, paytaxtda da böyük sevinclə qeyd edilir.
Bayram tədbirinin keçirildiyi ərazi, mərkəzi küçələr və prospektlər, istirahət parkları Vətən müharibəsindəki Şanlı Zəfərin dördüncü ildönümü ilə əlaqədar bayramsayağı bəzədilib, Zəfərə həsr edilən plakatlar asılıb. Binaların eyvanlarında ölkəmizin üçrəngli bayrağı dalğalanır.
105 il əvvəl nəşr olunmuş qəzetin günümüzə çatan yeganə nömrəsi TAPILDI - Bir neçə kəlmə "Əxbari" haqqında
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib