11 noyabr 2024 12:00
383

SOCAR-ın COP29 “Yaşıl zona”dakı pavilyonu - FOTO

SOCAR Azərbaycanda və dünyada ekoloji təhlükəsizliyə öz töhfəsini vermək üçün, enerji keçidi üzrə layihələrin inkişaf etdirilməsinə çalışır. Şirkət enerji keçidi, bərpa olunan enerji mənbələri, “yaşıl hidrogen”, karbonun tutulması, istifadəsi və saxlanması, emissiya krediti treydinqi fəaliyyətləri üzrə inteqrasiya olunmuş həllərin təmin etdirilməsi məqsədilə sahə üzrə ən qabaqcıl beynəlxalq şirkətlərlə əməkdaşlıq edir, müxtəlif beynəlxalq sərgilərdə iştirak edir.

11-22 noyabr 2024-cü il tarixlərində Bakıda keçirilən COP29 çərçivəsində SOCAR “Yaşıl zona” öz pavilyonu ilə iştirak edir: “SOCAR Green” pavilyonuna xoş gəlmisiniz. Sizi aramızda görməkdən məmnunuq. Bizim karbonsuzlaşdırma inisiativlərimiz, aşağı karbon layihələrimiz və dayanıqlı gələcəyə doğru yolumuzla tanış olun.”

Stenddə məlumatverici lövhələrdə qeyd olunur ki, məqsəd SOCAR-ı dayanıqlı,təhlükəsiz və davamlı şirkətə çevirməkdir.

SOCAR hazırki mərhələdə neft və qaz sahəsinin bütün istiqamətlərində fəaliyyət göstərən şirkət olaraq transformasiya yolunun ilkin məthələsindədir.

SOCAR-ın 2035-ci ilə kimi diversifikasiyalaşmış karbohidrogen və aşağı karbon fəaliyyəti, enerji liderləri ilə bərabər emissiya profili olan yüksək səviyyəli şirkət olmağı hədəfləyir.

SOCAR 2050-ci ilə enerji təhlükəsizliyi və iqlimə davamlılığa qlobal səviyyədə kömək edən qlobal enerji şirkətinə çevrilməyi qarşıya məqsəd qoyub.

Ziyarətçilərə təqdim olunan pavilyonunda bildirilir ki, əsəs iqlim tədbirlərinin icrasına aiddir: yenilənə bilən enerji, aşağı karbon emissiyalı yanacaq və mənfi tullantılar texnologiyası da daxil olmaqla gələcəyin enerji sistemlərinə investisiya.

SOCAR-ın təqdim etdiyi digər slaydda qeyd olunub ki, SOCAR metan tullantılarının azaldılması məqsədilə OGMP 2.0 -a 2024-cü il avqustun 2-də qoşulub.

Məqsəd 70 ölkədən 140-dan çox şirkəti əhatə edən şəbəkəyə qoşulmaqdır. Həmçinin, müasir metan aşkarlama texnologiyaları da daxil olmaqla tullantı menecmenti sahəsini gücləndirmək üçün ən son təcrübəyə malik olmaq və UNEP-in IMEO-su vasitəsilə MARS və Metan Xəbərdarlığı sistemlərindən davamlı hesabatlar almaqdır.

Onu da bildirək ki, SOCAR COP29 çərçivəsində bir sıra görüşlərin təşkili, sənədlərin imzalanması mərasimləri keçirilməsini planlaşdırır.

Orxan Vahidoğlu, “İki sahil”