11 noyabr 2024 12:17
112

İqlim dəyişikliyi ilə mübarizəyə 2 trilyon dollar ayrılmalıdır

Dünyadakı böhranlar hər kəsin həyatına birbaşa və bilavasitə təsir göstərir və təbii ki, təkcə COP ilə bunları həll edə bilmərik.

“İki sahil” xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin Konfransının (COP29) açılışında deyib.

O qeyd edib ki, Bakıya məhz çıxış yollarını düşünmək üçün toplaşıblar:

“Əgər dünyanın əksəriyyəri emissiyanı azalda bilmirsə bunu hamımız birlikdə etməliyik. İqlim dəyişikliyi ilə mübarizəyə ayrılan vəsaitə zəngin ölkələr də kömək etməlidir. Bu məqsədlərdən ötrü 2 trilyon dollar ayrılmalıdır. Əsas məqsədimiz bu vəsaiti toplamaq və onu bərabər paylamaqdır”.

O vurğulayıb ki, bu il bütün ölkələr üçüncü nəsil iqlim dəyişikliyi ilə bağlı öhdəlikləri təqdim edəcək.

“Biz də bütün marağlı tərəfləri səfərbər edəcəyik. Hədəflərimizi planlaşdırmalı, bunu ölçmək lazımdır. Konfransda iştirak edən bütün tərəflər birlikdə hərəkət etməlidir ki, sonda müsbət nəticə əldə edilsin. Gəlin birləşərək fəaliyyət göstərək”, - o deyib.