11 noyabr 2024 12:25
249

“İqlim dəyişmələrinin həllində ali təhsilin rolu: Liderlik, İnnovasiya və Təsir” mövzusunda tədbir - FOTO

11 noyabr tarixində COP29 Yaşıl Zonada "Energy Room"da “Unitar” tərəfindən “İqlim dəyişmələrinin həllində ali təhsilin rolu: Liderlik, İnnovasiya və Təsir” mövzusunda tədbir keçirilib.

BMT-nin Təlim və Tədqiqat İnstitutunun təşəbbüsü ilə keçirilən tədbirdə bir sıra tanınmış ali təhsil müəssisələrinin təmsilçiləri iştirak ediblər.

“İki sahil” xəbər verir ki,  Birləşmiş Millətlər Təşkilatının Təlim  Tədqiqat İnstitutunun İnsanlarla iş üzrə şöbəsinin drektor müavini Ebru Canan Sokullu tədbirin əhəmiyyətindən danışıb: "Bugünkü tədbir ali təhsil müəssisələrinin tədqiqat, siyasət müzakirələri və dayanıqlılıq və ətraf mühit sahəsində liderlik mövzusunda gələcək liderlərə təlim vasitəsilə iqlim fəaliyyətinə necə təkan verə biləcəyini araşdırmaq üçün ekspertləri bir araya gətirib."

Vurğulayıb ki, gənclər universitet təhsilində iqlim dəyişikliyi mövzusunda necə maarifləndirilir, bunun üçün hansı qaynaqlardan istifadə edilməlidir, universitetlər bu sahədə hokumətlərdən,özəl sektor və sivil cəmiyyətdən hansı dəstəyi ala bilər? kimi sualları bu gün cavablandıracağıq.

Orxan Vahidoğlu, "İki sahil"