11 noyabr 2024 17:36
100

Hindistan Qadınlar Konfransının rəhbəri: Ümid edirik ki, COP29-da maliyyə məsələləri həll olunacaq

Ümid edirik ki, COP29-da maliyyə məsələləri həll olunacaq.

“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Hindistan Qadınlar Konfransının rəhbəri Uşa Nair deyib.

Hindistan təmsilçisi COP29 müzakirələrində günəş enerjisindən istifadə məsələlərinə önəmli yer ayrılmasını gözlədiklərini bildirib.

Uşa Nair daha əvvəl iştirak etdiyi COP konfransları ilə müqayisədə Azərbaycanda baş tutan tədbirin son dərəcədə yüksək səviyyədə təşkil olunduğunu söyləyib.