11 noyabr 2024 18:28
110

COP29 çərçivəsində seminar: Donald Trampın qələbəsinin iqlim siyasəti üçün nəticələri

COP29 çərçivəsində dünya birliyinin iqlim siyasətinin gələcək gedişatı və həyata keçirilməsində Prezident Donald Trampın Ağ evə qayıtmasının mümkün nəticələrinə dair seminar keçirilib.

“İki sahil” xəbər verir ki, çıxış edən ekspertlər, o cümlədən “YNA” qrupunun (Gənc Danışıqçılar Akademiyası - red.) aparıcı mütəxəssisi Çarli Bevis, “E&E News” agentliyinin iqlim məsələlərini işıqlandıran müxbiri Sara Şonhart, “Iswe” Fondunun icraçı direktoru və təsisçisi Riç Vilson və “Klym&Co”nun rəhbəri Maks Klimenko gələcəkdə iqlim dəyişikliyinin qarşısının alınması və qlobal istiləşmə tendensiyasının 1,5 dərəcə Selsidən çox olmayan səviyyədə saxlanılmasına dair proqramın maliyyə komponentində böyük dövlətlərin iştirakının əhəmiyyətini vurğulayıblar. Onlar ümidvar olduqlarını bildiriblər ki, ABŞ yeni administrasiya ilə tam maliyyə iştirakı vasitəsilə bu məqsədə nail olmaq üzrə öz öhdəliyinə sadiq qalacaq.

İştirakçılar, həmçinin müəyyən olunmuş iqlim proqramlarının həyata keçirilməsində korporasiyaların roluna diqqət yetiriblər.