12 noyabr 2024 10:16
91

COP29 dünya tarixinə düşəcək

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dünya tarixinə düşəcək.

“İki sahil” xəbər verir ki, bunu COP29 kuluarlarında jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib.

"Bu il Azərbaycanda "Yaşıl Dünya Naminə Həmrəylik İli" elan edilib. Bu çərçivədə diaspor təşkilatları 50-dən çox tədbir keçirib. Eyni zamanda Laçında COP29-la bağlı tədbir təşkil olunub", - deyə o qeyd edib.