13 noyabr 2024 15:30
93

Esvatini Baş naziri: Dünya liderləri sözdən əmələ keçməlidirlər

Dünya liderləri qlobal iqlim böhranı ilə mübarizədə sözdən əmələ keçməlidirlər.

“İki sahil” xəbər verir ki, bu barədə “Report”a Esvatinin Baş naziri Rassel Dlamini bildirib.

"Dünya liderləri təcili tədbirlərin zəruriliyi, iqlim dəyişikliyinin təxirəsalınmazlığı barədə danışırlar. Lakin vəziyyət dəyişmir", - o qeyd edib.

Baş nazirin sözlərinə görə, ədalətli iqlim maliyyələşdirilməsi ən vacib məsələ olaraq qalır.

"Maliyyələşməyə, İtki və Zərər Fonduna çıxış sadələşdirilməlidir. Hazırda vəsaitlərə çıxış əldə etmək üçün həddindən artıq çox vaxt tələb olunur", - R.Dlamini vurğulayıb.