13 noyabr 2024 20:00
149

Spesifik iqlim problemlərinin müzakirə ünvanı - FOTO

“Extreme Hangout” 2016-cı ildən İngiltərədə fəaliyyətə başlayıb. "Extreme Hangout" COP tədbirlərində partniyorluq edərək müxtəlif ssesiyalarda iştirak edib. COP29 çərçivəsində rəsmi tərəfdaş olaraq “Extreme Hangout” gənclərin rəhbərlik etdiyi iqlim fəaliyyətləri üçün dinamik bir mühit yaradıb.

“Extreme Hangout" yeni tərəfdaşlar və məruzəçilərlə əməkdaşlıq quraraq gənc novatorlara real və davamlı həll yolları təklif etmək və qlobal iqlim gündəmini formalaşdırmaq üçün imkanlar yaratmağı məqsəd qoyur. Burada “Extreme Hangout”un könüllülərdən ibarət qrupu COP29 çərçivəsində ziyarətçilərə dəstək olur, onlara lazımi şərait yaradılmasına yardımçı olurlar, sessiyaların gözəl nəticələrlə başa çatması üçün səylərini əsirgəmirlər.

Bura Yaşıl Zonanın ən böyük guşələrindən biridir və müxtəlif rəsmi qonaqlar sessiyalarda çıxışlar edirlər. “Extreme Hangout”un daxilində iki ayrılıqda seminar otağı, VİP otaq, studiya, “Hangout”, “work shop” və mini bar yeri var. “Work shop”da rəsmi qonarlar  ziyarətçilərlə fikir mübadilələri aparırlar. “Hangout” otağında ziyarətçilər və rəsmi qonaqlar sərbəst vaxtlarını maraqlı keçirirlər.

Qeyd edək ki, noyabrın 11-dən 22-dək COP29 Yaşıl Zonada “Extreme Hangout”da təşkil olunan seminar və sessiyalarda regionda su qıtlığı və bərpa olunan enerji sahəsində innovasiyalar kimi spesifik iqlim problemləri müzakirə edilir.

Orxan Vahidoğlu, “İki sahil”