COP29 iqlim böhranı ilə mübarizə aparmaq üçün bir araya gəlmək üzrə kollektiv qabiliyyətimizi dünyaya nümayiş etdirmək üçün çox gözəl fürsətdir.
Bu fikirləri "İki sahil"ə açıqlamasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün ölkəmizə gələn maldivli siyasətçi və hazırkı İqlim Dəyişikliyi, Ətraf Mühit və Energetika naziri Thoriq İbrahim söyləyib.
O, qeyd edib ki, COP29 yüksəksəviyyəli təşkilatçılığı ilə fərqlənir. Buradakı tənzimləmələr danışıqlar üçün çox əlverişlidir. COP29 iqlim və insan hüquqları üçün çox yaxşı nəticə olacaq.
Yaqut Ağaşahqızı, "İki sahil"