14 noyabr 2024 14:30
94

Paris Sazişi məqsədlərinə nail olmaq üçün qrant resursları ayrılmalıdır - Roland Prays

“COP29 çərçivəsində təşkil olunan tədbirdə çıxış etməkdən məmnunam. Qeyd olunan ölkələrdə bərpa olunan enerji ehtiyyatlarından düzgün istifadə edə bilmirlər, nəqliyyatda və istiliyin əldə olunmasında ənənəvi enerji vasitələrinə üstünlük verilir. Bu da iqlim dəyişmələrinin məsələlərinin həll olunmasında çətinlik yaradır.”

Bunu COP29 çərçivəsində COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən Yaşıl Zonada “Cənubi Qafqaz və Mərkəzi Asiyada iqlim maliyyəsinin mənzərəsi” mövzusunda keçirilən tədbirdə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays deyib.

Roland Prays qeyd edib ki, Dünya Bankı tərəfindən bu dəyişikliklərin müəyyən faydalarının olduğu mütəmadi olaraq diqqətə çatdırılır: “Dünya Bankı iqtidasi iqtisadi diversifikasiya ilə dözümlülüyü təşkil edirik. Hava çirklənməsinin azalmasının faydalarını diqqətə çatdırırıq. Bu, eyni zamanda, ölkələrin iqtisadi marağında olan məsələdir. Su ehtiyyatlarının qıtlığı, tempraturun artması Cənubi Qafqaz ölkələrində təxminən ildə 100 milyon dollardan çox itkiyə səbəb olur. Çox böyük iqtisadi problem, maliyyə itkisidir. İki əsas çağırış edirəm. Xüsusən də, iqlim dəyişmələrinin nəticələrinə inteqrasiya və abaptasiya üçün birincisi bacarıqların az olması, ikincisi iqlim maliyyəsində əlçanlığın az olmasıdır. Kiçik ərazilərdə bu layihələr üçün maliyyə ehtiyyatı tapmaq, proqramların işlənib hazırlanması üçün mütəxəssis lazımdır. Bu bölgələrdə adətən ixtisaslı kadr azlığı yaşanır. Maliyyə resurslarının əlçatanlığı məsələsinə gəldikdə isə COP29 çərçivəsində də bu məsələlər müzakirə olunur ki, kifayət qədər resurs ayrılsın. Paris Sazişi məqsədlərinə nail olmaq üçün qrant resursları ayrılmalıdır. Biz Dünya Bankı olaraq Cənubi Qafqaz ölkələrində enerji keçidində öz təhlillərimizlə proqramlar işlənib hazırlamaqla dəstək veririk. Adabtasiya və dözümlülüyün artırılmasında da öz dəstəyimizi göstəririk. “Yaşıl istiqraz”ların və dayanıqlı maliyyə resurslarının əlçatanlığının artırılması üçün öz köməkliyimizi edirik.

Orxan Vahidoğlu, “İki sahil”