15 noyabr 2024 11:46
83

Hüquq-mühafizə orqanlarının səlahiyyətlərinin artırılması ekoloji cinayətlərə qarşı mübarizəni gücləndirəcək - Muxtar Babayev

İqlim dəyişikliyində hüquq-mühafizə orqanlarının səlahiyyətlərinin artırılması ekoloji cinayətlərə qarşı mübarizəni gücləndirəcək.

“İki sahil” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması" adlı yüksəksəviyyəli sessiyada deyib.

O deyib ki, COP28-də biz hüquq-mühafizə rolu yüksək qiymətləndirilib:

"Biz COP29-da bunu davam etdirməyə çalışırıq. Missiyamız aydındır. Ekoloji cinayətlər, heyvan və dəniz canlıların iqlim dəyişikliyi təsiri, ekosistemlə bağlı tədbirlər aparmaq.Hüquq-mühafizə orqanları olmasa, təbii irsimizi qorumaq çətin olacaq.