15 noyabr 2024 15:16
79

Qlobal səviyyədə istixana qaz emissiyalarının 10 faizi poçt daşımalarının payına düşür

Son illər qlobal səviyyədə istixana qaz emissiyalarının 10 faizi poçt daşımalarının payına düşür. Ümumdünya Poçt İttifaqı (ÜPİ) şəbəkəsi vasitəsilə göndərilən kiçikhəcmli elektron ticarətin üçdə ikisi, eləcə də elektron ticarətə sürətlə artan tələbat bu emissiya prosesini sürətləndirən əsas amillərdən sayılır.

“İki sahil” xəbər verir ki, bunu Ümumdünya Poçt İttifaqının (ÜPİ) Siyasət, tənzimləmə və bazarlar üzrə direktoru Siva Somasundram COP29 çərçivəsində “Qlobal yük emissiyalarına təsir etmək üçün poçt şəbəkələrinin istifadə edilməsi” tədbirində deyib.

“Bu emissiyaları azaltmaq üçün poçt təşkilatlarının birgə yeni strategiyalar hazırlaması və əməkdaşlığı genişləndirməsi vacibdir. Bunun üçün ilk növbədə müxtəlif nəqliyyat modellərinin istifadəsi, yenilənmiş çeşidləmə mərkəzləri, inteqrasiya olunmuş poçt şəbəkələrinin birgə fəaliyyəti kimi təkliflər müzakirə olunmalıdır”, - deyə o bildirib.