15 noyabr 2024 15:57
85

Mədəni irsin qorunması iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal tədbirlərin bir hissəsi olmalıdır

Mədəniyyət iqlim gündəliyinin formalaşmasında mərkəzi rol oynayır.

“İki sahil” xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Bakıda COP29 çərçivəsində keçirilən nazirlərin görüşündə bildirib.

"Biz bu gün nazirlərin görüşünə ev sahibliyi etməkdən qürur duyur və müsbət nəticəni səbirsizliklə gözləyirik. COP28 zamanı 30-dan çox hökumət və hökumətlərarası və mədəni təşkilat mədəniyyət əsaslı fəaliyyətlər üçün dostlar qrupu ilə yürüşə çıxıb. Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) həmkarlarımız tərəfindən irəli sürülən bu innovativ layihə iqlim böhranının həllində mədəniyyətin rolunun tanınmasında dönüş nöqtəsi olub. Bu gün biz bu işi davam etdiririk", - nazir vurğulayıb.

Onun sözlərinə görə, hazırkı görüşün nəticələri mədəniyyətlə bağlı iqlim üzrə gələcək birgə fəaliyyətlər üçün "yol xəritəsi" olacaq.

Nazir qeyd edib ki, mədəni irsin qorunması iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal tədbirlərin bir hissəsi olmalıdır.