COP29-un mavi zonasında Afrika ölkələrindən olan ekofəalların növbəti aksiyası keçirilib.
“İki sahil” xəbər verir ki, aksiya iştirakçıları Afrika qitəsində fossil yanacaqların hasilatının və hərbi əməliyyatların maliyyələşdirilməsindən imtina etməyə və vəsaitlərin bərpa olunan enerji mənbələrinin inkişafına yönəldilməsinə çağırış ediblər.
Ekoaktivistlərin əsas tələbləri "Dekolonizasiyasız dekarbonizasiya olmaz", "Afrika üçün 100% bərpa olunan enerji" olub.