18 noyabr 2024 17:05
84

Bakıda qəbul edilmiş qərar gələcəyə bəhrə verən nəticələrə yol açacaq - Nabil Munir

Danışıqlar ətrafında irəliləyiş olsa da, maliyyə məsələsi ilə bağlı kifayət qədər tərəqqi yoxdur.

“İki sahil” xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Köməkçi icra orqanının (SBI) sədri Nabil Munir COP29 sədrliyinin mətbuat konfransında deyib.

“Bakıda qəbul edilmiş qərar və götürülmüş öhdəliklər gələcəyə bəhrə verən nəticələrə yol açacaq”, - deyə N.Munir bildirib.