18 noyabr 2024 17:58
114

COP29-da beynəlxalq təşkilatların dəstəyini qazanan əhəmiyyətli təşəbbüslərə başlanılıb - Elmar Məmmədov

COP29-da İnsan İnkişafı Günü çərçivəsində beynəlxalq təşkilatların dəstəyini qazanan iki əhəmiyyətli təşəbbüs başladılıb.

“İki sahil” xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi, COP29 Fəaliyyət Gündəliyinin Qlobal Təşəbbüslər Qrupunun həmsədri Elmar Məmmədov COP29 çərçivəsində "Bacarıqlara investisiya əhəmiyyətli iqlim öhdəliyidir" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, UNESCO, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, müxtəlif BMT agentlikləri və üç çoxtərəfli inkişaf bankı öz dəstəyini bəyan edib.

"Bunların arasında Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, eləcə də üç fond - Qlobal Fond, Yaşıl İqlim Fondu və Adaptasiya Fondu da var. Bundan əlavə, biz mühüm bir sənəd - İnsan inkişafı üçün iqlim dayanıqlığı üzrə rəhbər prinsipləri qəbul etdik", - həmsədr vurğulayıb.