19 noyabr 2024 13:31
71

AYNA: COP29-un səkkiz günü ərzində 332 minə yaxın sərnişin daşınıb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi 8 gün ərzində 331 min 861 sərnişinə xidmət göstərilib.

“İki sahil” xəbər verir ki,  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, AYNA-nın təşkil etdiyi 18 Nəqliyyat Mübadilə Mərkəzindən ötən gün 45 minə yaxın sərnişin daşınıb. Sərnişinlərin daşınması ödənişsiz həyata keçirilir.

COP29-da iştirak edən qonaqların rahat və təhlükəsiz daşınmasını təmin etmək məqsədilə AYNA gücləndirilmiş rejimdə çalışır. Nəqliyyat əməliyyatlarına Agentlik tərəfindən “BakuBus”, “Bakı Taksi Xidməti”, “Azparking” əməkdaşları daxil olmaqla ümumilikdə 1600 nəfərdən çox heyət üzvü cəlb edilib.