19 noyabr 2024 18:36
47

COP29 çərçivəsində “SOCAR Green” və “PowerChina” şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb

COP29 çərçivəsində noyabrın 19-da “SOCAR Green” və “PowerChina” şirkətləri arasında Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafında birgə imkanların araşdırılması məqsədilə Anlaşma Memorandumu imzalanıb.

“İki sahil” xəbər verir ki,  SOCAR-dan bildiriblər ki, tərəflər arasında strateji tərəfdaşlıq Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı hədəflərinə töhfə vermək məqsədi daşıyır.

Memorandum günəş və külək elektrik stansiyalarının inşası, inteqrasiya olunmuş ağıllı enerji sistemləri, yaşıl hidrogen istehsalı ilə bağlı layihələrin qiymətləndirilməsi və sərmayə qoyuluşunda birgə səyləri nəzərdə tutur.