“İki sahil” xəbər verir ki, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə və YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov partiya fəalları ilə səmimi söhbət edib, Yeni Azərbaycan Partiyasının yaranmasından və keçdiyi tarixi Zəfər yolundan danışıblar. Qeyd olunub ki, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrildi. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası 32 il ərzində çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Hər zaman ölkəmizdə gedən proseslərin mərkəzində olan Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır.
Ümummilli lider Heydər Əliyev 20-ci əsrin sonu - 21-ci əsrin əvvəllərində Azərbaycanı qloballaşan dünyada suveren dövlət kimi formalaşdırmış, milli mənafelərinin reallaşmasının fundamental əsasını qoymuş, mənəvi dəyərlərinin qorunması, mədəniyyətinin inkişafı üçün hər cür şərait yaratmışdır.
Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş uğurlu siyasət nəticəsində Vətən müharibəsindəki tarixi Qələbəmizlə ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edilmiş, xalqın milli qüruru özünə qaytarılmış, dünyada yeni reallıqlar yaradılmışdır. Yeni Azərbaycan Partiyasının qarşısında duran əsas vəzifə bu nailiyyətləri göz bəbəyi kimi qorumaq, ümummilli lider Heydər Əliyev ideyasına sədaqətlə xidmət etməkdir.
Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümü münasibətilə, eləcə də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan ağacəkmə aksiyasında iştirak edən partiya fəalları rayonun Heydər parkında müxtəlif növ ağac tingləri əkib, yaşıllıqlara aqrotexniki qulluq göstərbilər.