21 noyabr 2024 18:26
97

Cavabımız “Birləşmiş Avropa” olacaq - Annalena Berbok

Amerika Birləşmiş Ştatları iqlim siyasətində öz rolu ilə bağlı geriyə doğru addım atarsa, o zaman “Hər şeydən öncə Amerika” devizinə qarşı Avropa olaraq cavabımız “Birləşmiş Avropa” olacaq. Bu cavab iqlimin qorunması, Yeni Yaşıl Razılaşma, ilk növbədə isə bizim qitədə iqlimə investisiyalar üçün daha çox işlər görməkdən ibarət olacaq. Bizim ambisiyamız Avropanı dünyanın iqlim üzrə ilk neytral qitəsinə çevirməkdir.

“İki sahil” xəbər verir ki, bu fikirləri Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok COP29 iqlim konfransı çərçivəsində mətbuat konfransında səsləndirib.

O bildirib ki, gələcəyin iqtisadi qüdrəti kimin daha sürətlə yaşıl transformasiya ilə irəliləyəcəyindən asılı olacaq. Bu transformasiya digər dövlətlərə və ya qitələrə qarşı çevrilmiş fəaliyyət kimi anlaşılmamalıdır. Bu yolda birlikdə irəliləmək hamının güclənməsinə səbəb olacaq: “Ona görə də biz həm öz ölkəmizdə, həm də dünyanın müxtəlif yerlərində yaşıl transformasiya üçün investisiyalarımızın həcmini artıracağıq”.