21 noyabr 2024 18:37
82

Tarix Muzeyinin eksponatları COP29-a gələn qonaqların diqqət mərkəzində olub

Milli Azərbaycan Tarixi Muzeyinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) çərçivəsində Azərbaycan mədəniyyətinə dair nümayiş etdirilən eksponatlar qonaqların marağına səbəb olub.

“İki sahil” xəbər verir ki,  muzeydən bildirilib ki, təqdim olunan stenddə xalqın tarixi, ənənələri və mədəniyyətini əks etdirən nadir nümunələr yer alıb. Bu eksponatlar təkcə keçmişin izlərini deyil, həmçinin davamlılıq və mədəni irsin qorunmasının vacibliyini vurğulayan güclü mesajlarla zəngindir.

Beynəlxalq tədbirin iştirakçıları eksponatları izləyərək maraqlı təhlillər aparıblar.