COP29-da logistika ilə bağlı böyük bir uğur var. Azərbaycan 70 mindən çox insanı yerləşdirdi və heç kəs narazılıq görmədi. Bunun üçün Azərbaycan Prezidentini təbrik edirəm.
“İki sahil” xəbər verir ki,bu sözləri noyabrın 21-də keçirilən mətbuat konfransında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Cin Baderşnayder söyləyib.
O, Bakı şəhərinin heyrətamiz dərəcədə gözəl göründüyünü deyib: "İnsanlar mənə yaxınlaşıb “Bakının COP29 üçün belə təmizləndiyini soruşanda, xeyr, Bakı hər zaman belə təmiz şəhərdir” deyə cavab verirəm. Qürurla deyə bilərəm ki, təzyiqlərə baxmayaraq, Azərbaycan COP29-u keçirməklə böyük bir addım atmış oldu. COP29 ən vacib beynəlxalq konfranslardan biridir”.
Cin Baderşnayder əlavə edib ki, iqlim maliyyəsinin sürətlə genişlənməsi bununla bağlı məqsədlərimizə çatmağın vacib hissələridir. “Biz bilirik ki, dövlət sektoru bunu təkbaşına edə bilməz”, - deyən C.Baderşnayder iqlim dəyişmələri ilə bağlı maliyyə məsələləri üçün böyük bir təməl platforma təmin etdiyinə görə Azərbaycana təşəkkürünü bildirib.