26 noyabr 2024 13:25
72

Rusiyada Quranı yandıran Juravelə dövlətə xəyanət ittihamı üzrə hökm oxunub

Ötən il Rusiyada Quranı yandırmaqda təqsirli bilinərək 3,5 il müddətə azadlıqdan məhrum edilən Nikita Juravelə dövlətə xəyanət ittihamı üzrə hökm oxunub.

“İki sahil”  xarici KİV-ə istinadla xəbər verir ki, o, 14 il müddətə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, N. Juravel 2023-cü ilin mayında Rusiyanın Volqoqrad şəhərində məscidin qarşısında Qurani-Kərimi yandırdığına görə saxlanılaraq Çeçenistana göndərilmişdi. O, dindirilmə zamanı bunu Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə pula görə törətdiyini iddia etmişdi.