26 noyabr 2024 14:37
77

Avropa İttifaqı Şurası Suriyanın üç nazirinə sanksiya tətbiq edib

Avropa İttifaqı (Aİ) Şurası Suriyanın üç nazirinə sanksiya tətbiq edib.

“İki sahil” xəbər verir ki, bu barədə Aİ-nin rəsmi saytında məlumat yerləşdirilib.

"Siyahıda yer alan şəxslər Daxili ticarət və istehlakçıların hüquqlarının müdafiəsi naziri Louai Emad El-Din əl-Munajjid, Neft və mineral ehtiyatlar naziri Firas Hassan Qaddour və Dövlət naziri Əhməd Məhəmməd Bustacidir. Hökumət üzvləri kimi onlar Suriya rejiminin mülki əhaliyə qarşı davam edən zorakı repressiyalarına görə məsuliyyət daşıyırlar", - məlumatda vurğulanıb.

Qərara əsasən, həmin şəxslərin aktivləri dondurulacaq və Aİ-yə səyahətəri qadağan ediləcək. Bundan əlavə, pul vəsaitlərinin və ya iqtisadi resursların birbaşa və ya dolayı yolla onlara və ya onların xeyrinə yönəldilməsi qadağandır.

Qeyd edək ki, Suriyadakı vəziyyətlə əlaqədar indiyədək ümumilikdə 318 şəxs və 86 quruma sanskiya tətbiq edilib.