COP29 çərçivəsində ölkəmizdə səfərdə olan "Afrikalı Uşaqların Beynəlxalq Fondu" və "Qan Donorları Assosiasiyası" İctimai Birliyinin nümayəndələri Azərbaycan Milli QHT Forumunun ofisində qonaq olublar.
“İki sahil” xəbər verir ki, görüşdə iştirak Milli QHT Forumunun sədri Ramil İsgəndərli milli qeyri-hökumət təşkilatlarının fəaliyyətindən və gələcək gözləntilər haqqında geniş məlumat verərək Milli QHT-lərin Qlobal Cənubun vətəndaş cəmiyyəti ilə əməkdaşlığını təqdirəlayiq hesab edib.
Daha sonra “Qan Donorları Assosiasiyası" İctimai Birliyinin sədri Fuad Əsgərov və "Afrikalı Uşaqların Beynəlxalq Fondu"nun prezidenti Angela Josephlan tərəfindən əməkdaşlıq memorandumu imzalanıb.