Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində ATACMS raketləri ilə hücumlarına cavab tədbirləri ilə bağlı xəbərdarlıq edib.
“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, məlumatda qeyd edilir ki, son üç gündə Ukrayna Silahlı Qüvvələri Kursk vilayətindəki hədəflərə uzaqmənzilli Qərb silahları ilə iki zərbə endirib.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, noyabrın 23-də Ukrayna qoşunları Lotarevka kəndi ərazisində (Kurskdan 37 km şimal-qərbdə) S-400 zenit-raket diviziyasının mövqeyinə beş ATACMS raketi ilə zərbə endirib. Üç raket vurulub, ikisi hədəfə çatıb və RLS-ə ziyan dəyib, rus hərbçiləri arasında da itkilər olub.