Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayır və bu razılaşmanın hərbi əməliyyatlara son qoyacağını gözləyir.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat paylaşılıb.
"Biz münaqişələrin sülh yolu ilə həllini dəstəkləyirik. Azərbaycan 132 ölkə tərəfindən dəstəklənən "COP29 naminə Birgə Atəşkəs Çağırışı"nın təşəbbüskarı kimi bütün tərəfləri atəşkəs rejiminə riayət etməyə və problemləri aradan qaldırmağa çağırır",-məlumatda qeyd olunub.
Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunub
Şamaxıda keçirilən beynəlxalq iqlim toplantısında COP31 gündəliyi üzrə fikir mübadiləsi aparılıb
Rəşad Aslanov Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılıb, Türkiyəyə təyin edilib