30 noyabr 2024 19:40
301

Hələbdəki İran konsulluğuna hücum edilib

İranın Suriyanın Hələb şəhərindəki konsulluğuna hücum edilib.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

İtki olmadığı bildirilir.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai deyib ki, ölkəsi konsulluğa hücuma cavab verəcək.

Məhərrəm Ağalaroğlu, “İki sahil”