Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Rey Makqovern ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeonun Rusiya prezidenti Vladimir Putinlə bağlı açıqlamasını şərh edib.
“İki sahil” xəbər verir ki, bu haqda RT məlumat yayıb.
“O, West Point-i ən yaxşı kursant kimi bitirdi. Bu, necə 5 qiymət alacağınıza və bundan sonra uğursuzluğa düçar ola biləcəyinizin bir nümunəsidir... O, on il ərzində bircə dəfə də olsun məntiqli şey söyləməyib”, – deyə, Makqovern Judging Freedom YouTube kanalına müsahibəsində bildirib.
“Oreşnik” raketinin buraxılışından sonra Pompeo Rusiya prezidentinin “son təsir rıçaqından” istifadə etdiyi barədə fikir bildirib.
Daha əvvəl Federasiya Şurasının sədri Valentina Matvienko bildirmişdi ki, Oreşnik sınağı ilə göndərilən siqnalı Qərbdəki bütün tərəflər qəbul edib.