NATO-nun keçmiş baş katibi Yens Stoltenberq hesab edir ki, Ukraynada tezliklə sülhə nail olmaq üçün bu ölkə ərazilərinin müəyyən hissəsini “müvəqqəti olaraq güzəştə gedə bilər”.
“İki sahil” xəbər verir ki, bu barədə “Tagesschau” nəşri məlumat yayıb.
“Bizə atəşkəs xətti lazımdır və təbii ki, ideal olaraq o, Rusiyanın hazırda nəzarət etdiyi bütün əraziləri əhatə etməlidir. Lakin biz bunun yaxın gələcəkdə o qədər də real olmadığını görürük”, - deyə, Stoltenberq bildirib.
Onun sözlərinə görə, Kiyev üçün təhlükəsizlik zəmanəti alması vacibdir. Bu, həm NATO-ya üzvlük, həm də digər “ukraynalıları silahlandırmaq və dəstəkləmək üsulları” ola bilər. Bu məqsədlə Ukrayna “ərazilərin bir hissəsindən müvəqqəti olaraq imtina edə bilər”, - deyə keçmiş baş katib qeyd edib.