Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada növbəti əməliyyat keçirib.
“İki sahil” Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat nəticəsində axtarışda olan PKKYPG-nin sözdə liderlərindən biri Yaşar Çekiki Tel Rıfat bölgəsində öldürülüb.
Məlumata görə, sözügedən terrorçu Türkiyə, İraq və Suriyada Türk təhlükəsizlik qüvvələrinə qarşı törətdiyi terror aktlarına görə Daxili İşlər Nazirliyinin Axtarılan Terrorçular Siyahısının qırmızı kateqoriyasında yer alırdı. O, həmçinin İnterpol tərəfindən də qırmızı bülletenlə axtarılırdı.
Qeyd edilib ki, Y.Çekik MİT-in prioritet hədəf siyahısında idi. Terrorçu uzun müddət idi izlənilirdi.