02 dekabr 2024 13:46
73

Rusiya Suriya hakimiyyətinə dəstəyini davam etdirir - Peskov

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya tərəfi Suriya hakimiyyətinə dəstəyini davam etdirir.

“İki sahil” xəbər verir ki,  bu haqda RT məlumat yayıb.

“Əlbəttə, biz Bəşər Əsədi dəstəkləməyə davam edirik və buna uyğun olaraq təmaslarımızı davam etdiririk və vəziyyəti təhlil edirik”, - deyə o bildirib.

Daha əvvəl Əsəd bildirib ki, Suriya kimin himayədarı və ya dəstəkçisi olmasından asılı olmayaraq, terroru məğlub edəcək.