Rusiya prezidenti Vladimir Putin baş naziri Narendra Modinin dəvəti ilə Hindistana dövlət səfərinə gedəcək.
“İki sahil” CNN- ə istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.
“Biz Modinin dəvətini aldıq və şübhəsiz ki, bunu müsbət qiymətləndirəcəyik”- deyə, Uşakov bildirib.
Uşakov həmçinin bildirib ki, səfərin tarixləri 2025-ci ilin əvvəlində müəyyən ediləcək.
Bundan əvvəl Bloomberg Putinin Hindistana səfərini Qərbin Rusiyanı təcrid etmək cəhdlərinin uğursuzluğu adlandırıb.