02 dekabr 2024 13:44
76

Abşerondakı 2 məktəbdə baş verən yanğının səbəbi qısaqapanma olub

Abşeron rayonunun Pirəkəşkül qəsəbə məktəbində və Xırdalan şəhər 5 nömrəli tam orta məktəbdə baş verən yanğının səbəbi elektrik naqillərinin paylanma qutusunda qısaqapanma olub.

“İki sahil” xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, məktəblərdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyə ediliblər:

"Onların sağlamlığına heç bir təhlükə yaranmayıb. Yanğın zamanı yalnız elektrik naqillərinin paylama qutusu zərər görüb, tədris binaları mühafizə edilib. Hazırda aidiyyəti qurum tərəfindən hər iki hadisənin başvermə səbəbləri araşdırılır".

İdarənin məlumatında vurğulanıb ki, tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür, məktəbin elektrik sisteminin ən qısa zamanda bərpası çərçivəsində işlər aparılır.