Almaniya kansleri Olaf Şolts Ukrayna hakimiyyətinin Rusiya ilə barışıq naminə nə etməyə hazır olduğunu öyrənmək üçün Zelenski ilə danışıqlar aparmaq üçün Kiyevə gedib.
“İki sahil” xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
“Danışıqlar zamanı Şolts Ukrayna tərəfinin Rusiya ilə barışıq əldə etmək üçün nə etməyə hazır olduğunu öyrənəcək", - deyə, məlumatda qeyd edilir.