02 dekabr 2024 14:57
79

"Qazprom" Çinə qaz tədarükünü maksimum həddə çatdırıb

Dekabrın 1-dən “Qazprom” “Sibirin Gücü” boru kəməri ilə Çinə gündəlik qaz tədarükünü maksimum müqavilə səviyyəsinə çatdırıb.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, şirkətdən bildirilib ki, Çin tərəfinin müraciətinə uyğun olaraq ixrac artırılıb.

“Qazprom”un mətbuat xidməti Telegram kanalında dəqiqləşdirib ki, tədarükün maksimal həcmi Çinin CNPC şirkəti ilə razılaşma çərçivəsində nəzərdə tutulan müddətdən bir ay əvvəl çatıb. Güman edilir ki, 2024-cü ilin sonuna qədər “Sibirin Gücü” vasitəsilə qaz tədarükü “Qazprom”un bu il üçün nəzərdə tutulmuş müqavilə öhdəliklərini üstələyəcək.