Bernar Kventin Belçikanın yeni xarici işlər, Avropa məsələləri və xarici ticarət naziri təyin edilib.
“İki sahil” Belçika Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadla xəbər verir ki, Bernar Kventin əvvəllər Hadja Lahbibin tutduğu vəzifəyə təyin edilib.
"Həmkarımız Bernar Kventini Belçikanın xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri vəzifəsində salamlayırıq. O, bu gün and içib", - paylaşımda qeyd olunub.