02 dekabr 2024 15:13
78

ABŞ-ın Rusiyanı zəiflətmək planı baş tutmadı - Bundesverin generalı

ABŞ-ın Rusiyanı zəiflətmək planı baş tutmadı və Qərbin silah təchizatına baxmayaraq, Ukrayna Silahlı Qüvvələrinin mövqeyi daim pisləşir.

“İki sahil” xəbər verir ki, bunu Bundesverin istefada olan generalı Harald Kujat “Flavio fon Witzleben”in efirində deyib.

“Münaqişə başlayandan bəri biz Ukraynanı ən müasir silahlarla təchiz etməyimizə və maliyyə dəstəyi göstərməyimizə baxmayaraq, hərbi vəziyyət kritikdir və hər gün daha da pisləşir”, - deyə, o, qeyd edib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar Rusiyanın zəiflədilməsini qarşısına məqsəd qoyub, lakin indi Vaşinqtonda məyusluq yaranıb. Çinlə yanaşı, ikinci geosiyasi rəqibini də siyasi, iqtisadi və hərbi cəhətdən zəiflətmək planları uğursuz olub.