"Əl-Nəsr"in sabiq futbolçusu Valid Abdulla keçmiş komanda yoldaşı Kriştiano Ronaldo haqqında diqqətçəkən açıqlamalar verib.
“İki sahil” xəbər verir ki, o, 39 yaşlı hücumçunun İslam dininə xüsusi maraq göstərdiyini deyib: "Ronaldo İslamla çox maraqlanır. Hətta namazın rükətlərini öyrənməyə başlamışdı. Azan oxunarkən Ronaldo məşqi dayandırmışdı. O, bütün dostlarını dua etməyə çağırırdı".
Qeyd edək ki, Ronaldo 2022-ci ilin dekabr ayında "Əl-Nəsr"lə 2,5 illik müqavilə imzalamışdı.