17 yaşımda məcburi şəkildə tərk etdiyim Şuşanı təkrar görəcəyimə sevinirəm.
“İki sahil” xəbər verir ki, bunu Şuşa sakini Zülfüqarov Maarifçi deyib.
Onun sözlərinə görə, bu qayıdışı sanki Şuşanı ilk dəfə görəcəyi təəssüratını yaradır.
"Bu gün hamı kimi mən də öz doğma yurduma qayıtdığım üçün sevinirəm.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin, Prezidentimizi qorusun. Biz onların sayəsində doğma torpaqlara qayıdırıq", - deyə o bildirib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.