04 dekabr 2024 09:44
91

Çayxanada yanğın olub

Bakı şəhərinin Xətai rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 180 m² olan obyektin (çayxana kimi fəaliyyət göstərir) lambirdən ibarət tavanı 120 m² sahədə, məişət əşyaları və 9 ədəd elektrik açarı yanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, obyektin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.