Bu il 100 məktəbəqədər təhsil müəssisəsində (bağça) monitorinq aparılıb, yekun hesabat hazırlanır.
“İki sahil” xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, bu rəqəm 2023-cü ildə 50 olub: "Yekun hesabatlar hazırlanaraq aidiyyəti qurumlara verilib. Tövsiyələr verilib".
T.Əhmədov məlumat verib ki, məktəbəqədər təhsil uşaqların cəmiyyətdə öz yerini tapması üçün zəmin yaradır.