Bakıda ümumilikdə 33 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Bu barədə “İki sahil"ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakının Nərimanov, Xəzər, Nəsimi və Nizami rayonlarında dələduzluqda şübhəli bilinən 5 nəfər - 37 yaşlı P.Rzayev, 55 yaşlı Ə.Nəcəfov, 45 yaşlı F.Gülmirzəzadə və əvvəllər məhkum olunmuş 25 yaşlı F.Əhmədov, eləcə də 51 yaşlı R.Rəhimov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.
Onların 6 nəfərin ümumilikdə 33 min 980 manat pulunu və 2 min manat dəyərində mobil telefonunu dələduzluq yolu ilə ələ keçirmələri müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.