Məktəbəqədər təhsilə 1-5 yaşı əhatə edən uşaqların cəlb olunması nəzərdə tutulub.
“İki sahil” xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov Elm və Təhsil Nazirliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Təhsil İnstitutunun tərəfdaşlığı ilə “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfransda deyib.
O bildirib ki, erkən yaş dövrü - ilk 3 il uşaqların həyatında ən önəmli dövrü əhatə edir. Onun sözlərinə görə, bu dövrdə uşaqların yiyələndikləri bacarıqlar və öyrəndikləri biliklər növbəti təhsil pillələrində onların daha uğurlu olmalarına təsir edir.
Sədr qeyd edib ki, cari ildə müxtəlif şəhər və rayonlarda 100 məktəbəqədər təhsil müəssisəsində keyfiyyət monitorinqləri aparılıb:
"2023-cü ildə isə 50 müəssisə üzərində belə monitorinq aparılmışdı".