04 dekabr 2024 12:23
89

Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq müsabiqədə iki mükafata layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Birləşmiş Krallıqda yerləşən “Global Brands Magazine” təşkilatının "Global Brand Award 2024" beynəlxalq müsabiqəsində iki mükafata layiq görülüb.

Nazirlikdən "İki sahil"ə verilən məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin təqdim etdiyi iş müsabiqənin münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

Nəticədə Dövlət Əmək Müfəttişliyi Xidməti müsabiqədə “Public Sector and Gornment Award” kateqoriyası üzrə “İlin ən yaxşı əmək müfəttişliyi” və “Əmək münasibətlərində mükəmməlik” nominasiyaları üzrə qalib gəlib. Xidmətin adı müsabiqənin saytında qaliblər sırasında yer alıb.

Müsabiqədə ölkəmizlə yanaşı, Belçika, ABŞ, Almaniya, İsveçrə və digər ölkələrdən də qurumlar iştirak ediblər.