04 dekabr 2024 12:35
88

Kəmaləddin Heydərov Xaçmaz şəhərində vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Xaçmaz şəhərində vətəndaşları qəbul edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən dekabrın 6-da Xaçmaz şəhərində, Nazirliyin Şimal Regional Mərkəzinin binasında saat 10:00-dan Xaçmaz və Şabran rayonları sakinlərinin qəbulu keçiriləcək.

Qəbula gələn vətəndaşların qeydiyyatı 5 dekabr 2024-cü il tarixdə Nazirliyin Şimal Regional Mərkəzinin binasında saat 09:00-da başlayacaq. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: [email protected]