05 dekabr 2024 20:27
188

Suriya rejimi hərtərəfli siyasi həll üçün öz xalqı ilə təmasda olmalıdır - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Quterreşlə telefonla danışıb.

“İki sahil” xəbər verir ki, onlar regional və qlobal məsələləri, o cümlədən Suriyadakı prosesləri müzakirə ediblər.

Ərdoğan Türkiyə üçün Suriyanın sabit yaşaması və mülki itkilər verməməsinin əsas məsələ olduğunu deyib.

O, hazırkı mərhələdə Suriya rejiminin hərtərəfli siyasi həll üçün öz xalqı ilə təmasının vacibliyini qeyd edib, Türkiyənin gərginliyin azaldılması, mülki əhalinin qorunması üçün səy göstərdiyini vurğulayıb.